Sea Breeze

ABŞ-nin “Microsoft” korporasiyasının bazar kapitallaşması ilk dəfə olaraq dörd trilyon dolları ötüb.

Oxu.Az xəbər verir ki, bu məlumatı “Nasdaq” birjasının rəqəmləri təsdiq edir.

Belə ki, “Microsoft”un bir səhminin qiyməti Bakı vaxtı ilə saat 17:23-də 560,79 dolları keçib və nəticədə şirkətin kapitallaşması dörd trilyon dollar səviyyəsinə çatıb.

Bununla da “Microsoft” dünyada bazar dəyəri dörd trilyon dolları ötən ikinci şirkət statusunu əldə edib.

Birinci yeri ABŞ-nin “Nvidia” şirkəti tutur.

ETX
ETX
ETX