AZ

Türkiyəyə səfər edən xarici turistlərin sayı azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyun ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı illik müqayisədə 1,5 faiz azalıb.

Banco.azxəbər verir ki, Türkiyə turizmində may ayından sonra iyun ayında da xarici ziyarətçi sayısında illik əsasda mülayim azalma müşahidə olunub.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyun ayında xarici ziyarətçi sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq 5,8 milyon nəfər olub.

May ayında da turist sayında 1,8 faizlik azalma qeydə alınmışdı.

İlin ilk altı ayına baxıldıqda isə ümumi xarici ziyarətçi sayı 21,4 milyon nəfər təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faizlik geriləməyə işarə edir.

Yanvar–iyun aylarında Türkiyəyə ən çox gələn xarici ziyarətçi qrupu 2,6 milyon nəfərlə ruslar olub. Rusları 2,4 milyon nəfərlə almanlar, 1,8 milyon nəfərlə isə britaniyalılar izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
6
banco.az

1Mənbələr