AZ

"İnter" "Cenoa"nın yarımmüdafiəçisini hədəfə alıb

Yeni mövsüm öncəsi heyətini gücləndirmək istəyən “İnter” yarımmüdafiə xəttindəki alternativlərini dəyərləndirir.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, Milan təmsilçisi “Cenoa”nın futbolçusu Morten Frendrupun xidmətində maraqlıdır.

“İnter” artıq danimarkalı futbolçunun agenti ilə əlaqə saxlayıb.

24 yaşlı yarımmüdafiəçi komandadan ayrılması mümkün olan Pyotr Zelinskinin potensial əvəzləyicisi kimi nəzərdən keçirilir. Frendrupun transfer dəyəri təxminən 20 milyon avro civarında qiymətləndirilir.

Lakin transferin baş tutması üçün “İnter”in əvvəlcə heyətindəki bir futbolçunu satması tələb olunur – bu, həm qeydiyyat limiti, həm də maliyyə qaydaları baxımından zəruri hesab olunur.

Seçilən
16
90deqiqe.az

1Mənbələr