AZ

"Petrokub"un baş məşqçisi: "Belə səhvlər bağışlanmır"

"Rəqibi mərhələ adladığına görə təbrik edirəm”.

İdman.biz Teleqraf-a istinadən xəbər verir ki, bunu "Petrokub"un (Moldova) baş məşqçisi Şota Maxaradze Bakıda "Sabah"a 1:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

Gürcüstanlı mütəxəssisin sözlərinə görə, ilk oyundan sonra komandası çətin duruma düşüb: "Bu gün də bir az daha çox riskli oynamağa məcbur idik. Bunun nəticəsində iki qol buraxdıq, sonra qol vurub oyuna dönə bildik. Amma ilk hissənin sonunda lazımsız iki qol buraxdıq, belə səhvlər bağışlanmır".

Qeyd edək ki, "Sabah" iki oyunun nəticəsinə görə 6:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
26
1
idman.biz

2Mənbələr