AZ

Almaniyada inflyasiya 10 aydan sonra ECB hədəfindən aşağıdır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada inflyasiya 10 ay sonra ilk dəfə Avropa Mərkəzi Bankının (ECB) 2%-lik hədəfindən aşağı düşüb.

Banco.azxəbər verir ki, bu, siyasətçilərin son illərdəki inflyasiya artımını nəzarət altına aldıqları fikrini gücləndirib.

Almaniya Federal Statistika İdarəsi (Destatis) bu gün iyul ayına dair istehlak qiymətləri indeksini açıqlayıb.

Buna əsasən, Almaniyada istehlak qiymətləri iyul ayında illik əsasda 1,8 faiz artıb.

Bloomberg-in iqtisadçılar arasında keçirdiyi sorğunun nəticəsinə görə, proqnoz Almaniyada istehlak qiymətlərinin 1,9 faiz artacağı istiqamətində idi.

İnflyasiya göstəriciləri Avrozonada ümumi müsbət mənzərəni dəstəkləyir. Məsələn, Fransada inflyasiya səviyyəsi 1 faizdən aşağı qalmaqda davam edir, İtaliyada isə inflyasiya 1,7 faizə enib. Lakin İspaniyada inflyasiya gözləniləndən çox artaraq 2,7 faizə çatıb.

Avropa Mərkəzi Bankının rəsmiləri inflyasiyanın nəzarət altına alındığına getdikcə daha çox əmin olduqlarını bildirirlər. Hətta üçüncü rübdən etibarən inflyasiyanın uzun müddət ərzində 2 faiz hədəfinin altında qalacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
10
banco.az

1Mənbələr