"Petrokub" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Sabah"a uduzdu (1:4, ümumi hesab - 1:6).
"Football-plus.az" xəbər verir ki, Moldova təmsilçisinin baş məşqçisi Şota Makaradze oyunsonradı mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Böyükhesablı məğlubiyyətin səbəbi nədi?
- Əvvəlcə "Sabah"ı təbrik edirəm. Mərhələ adladı. Birinci matçdan sonra çətin vəziyyətə düşdük. İkinci oyunda risk etməli idik. Belədə iki qol buraxdıq. Bir qol vurub oyuna qayıtsaq da, növbəti qolları buraxdıq. Bağışlanmaz səhvlər etdik.
- Məğlubiyyətin əsas səbəbi səviyyə fərqidi, yoxsa komanda oyuna hazır deyildi?
- İlk matçın 82-ci dəqiqəsindən bəri səhvlər buraxdıq. Hər iki oyunda uduzduq. Yenə də düşünürəm ki, yaxşı komandamız var.
- Məğlubiyyətin "Petrokub"dakı fəaliyyətinizə mənfi təsir edəcəyini düşünürsüzmü?
- Təbii ki, belə məğlubiyyət xoş deyil. Hər iki oyunda uduzduq. Futbolda belə hallar olur.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta