Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft”un bazar kapitallaşması 4 trilyon dolları ötüb.
Banco.azxəbər verir ki, “Microsoft” və “Meta”nın müsbət ikinci rüb maliyyə nəticələri şirkətlərin bazar dəyərinin sürətlə artmasına səbəb olub.
“Microsoft”un səhmləri maliyyə nəticələrinin açıqlanmasından sonrakı ilk ticarət günündə 8 faizdən çox artım göstərib. Bununla da şirkətin bazar dəyəri 4 trilyon dollara çatıb.
“Meta”nın səhmləri də yeni ticarət gününə 11 faiz artımla başlayıb. “Meta”nın bazar dəyərində isə 190 milyard dollarlıq artım qeydə alınıb.
“Microsoft”un yaxından izlənilən və süni intellekt infrastrukturunda kritik əhəmiyyətə malik olan Azure bölməsi maliyyə ilinin dördüncü rübündə gəlirini 39 faiz artıraraq analitiklərin 34 faizlik gözləntisini üstələyib.
“Microsoft” bu rübdə süni intellekt xidmətlərini dəstəkləyən məlumat mərkəzlərini qurmaq üçün 30 milyard dollardan çox xərc çəkəcəyini açıqlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!