Xakoba Ramon "Real" klubundan "Komo"ya transfer olunub.
Sportal.az xəbər verir ki, İtaliya klubu 20 yaşlı müdafiəçi ilə müqavilə imzalandığını elan edib.
Fabritsio Romano-nun məlumatına görə, transferin məbləği 2,5 milyon avrodur. Müqaviləyə oyunçunun çıxışlarına bağlı əlavə bonus ödənişləri də daxildir. "Real" klubunun futbolçunu geri almaq üçün 3 müxtəlif bəndi var. Bundan əlavə, madridlilər oyunçu başqa kluba satılarsa, həmin transfer məbləğinin 50%-ni əldə edəcək.
2024/25 mövsümündə Ramon "Real"ın əsas komandasında 6 oyun keçirib, gənclər komandasında isə 16 matçda iştirak edib.
saytlarin hazirlanmasi