Antalya sahillərində dəniz dibi kəşfiyyatı zamanı qədim əsərlər aşkar edilib. Bunlar təxminən eramızdan əvvəl 16-cı əsrdə batan bir gəmi tərəfindən daşınan əşyalardır.
Tunc dövrünə aid gəminin hissələri hələ 2018-ci ildə aşkar edilib.
Son bir neçə il ərzində alimlər qəza yerini tədqiq edirlər. Nəticədə, arxeoloqlar bu yaxınlarda onlarla metal artefakt, o cümlədən yastığa bənzəyən 52 iri mis külçə, 19 disk formalı blanka və təyinatı hələ də müəyyən edilməkdə olan məmulat fraqmentləri ilə rastlaşıblar.
SİA-nın məlumatına görə, buradan bürünc xəncər də tapılıb.
O, qalay tuncdan hazırlanmışdı. Xəncərin sapa bərkidilməsi üçün üç fərqli pərçim var, onlardan ikisi əsl gümüşlə örtülmüşdür.
Mütəxəssislər artefaktın Kritlə əlaqəli ola biləcəyini və təxminən eramızdan əvvəl 17-16-cı əsrlərə aid olduğunu düşünürlər.
Əli Babayev