AZ

Rahat yuxu üçün 3 qida tövsiyəsi

İspaniyalı həkim Xose Manuel Felises bildirib ki, yuxusuzluqdan əziyyət çəkən insanlar axşam menyularına müəyyən qidaları əlavə etməlidirlər.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, o, yuxuya getməyə kömək edən üç əsas məhsulun adını "Larazon" nəşrinə verdiyi müsahibədə açıqlayıb.

“Fıstıq (fıstəşka) — ən yüksək melatonin (yuxu hormonu) və maqnezium tərkibli qidalardan biridir”, – deyə Felises qeyd edib.

O həmçinin bananı da tövsiyə edib, çünki bu meyvə triptofanla zəngindir. Triptofan serotoninin (yuxu dövranının tənzimlənməsində iştirak edən neyromediator) sintez olunması üçün vacib bir maddədir.

Bundan başqa, həkimin sözlərinə görə, toyuq döşündə də triptofan mövcuddur. Bu məhsul az yağlı olduğu üçün mədədə ağırlıq hissi yaratmır və yuxudan öncə rahatlıqla qəbul oluna bilər.

Sonda Felises vurğulayıb ki, bu qidalar yuxusuzluğa qarşı əlavə vasitədir. Yuxu problemlərinin öhdəsindən gəlmək üçün yalnız qida ilə kifayətlənmək olmaz, yuxu rejiminə əməl etmək və axşam saatlarında ekran qarşısında keçən vaxtı azaltmaq da son dərəcə vacibdir.

Həmidə İbrahimova

Seçilən
56
olke.az

1Mənbələr