AZ

Vaşinqton sanksiyalar əvəzinə münaqişəni dayandırmağın yolunu axtarır

ABŞ Rusiya ilə bağlı sektorlar üzrə və bank sektoruna qarşı sanksiyaların tətbiqi variantını istisna etmir, lakin bu addımdan yayınmağa ümid edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Fox News-a verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın qarşısında bir sıra imkanlar mövcuddur. Xüsusilə, Rubio Rusiya neftinin satışına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqinin mümkün olduğunu qeyd edib ki, bu da Rusiyanın gəlirlərinin böyük hissəsinə təsir göstərə bilər.

“Bank sektoruna qarşı sanksiyalar, sektor üzrə bank məhdudiyyətləri tətbiq etmək imkanı da var — bu da çox güclü təsir göstərə bilər. Lakin təkrar edirəm, bizim əsas ümidimiz bu tədbirlərə əl atmadan döyüş əməliyyatlarını dayandırmağın bir yolunu tapmaqdır”, — deyə dövlət katibi vurğulayıb.

Seçilən
11
nocomment.az

1Mənbələr