AZ

“Sabah” da növbəti mərhələyə keçdi


UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah” “Petrok”la (Moldova) görüşüb.
Yeniavaz.com
xəbər verir ki, Əlincə stadionunda baş tutan görüşdə Bakı təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.
“Bayquşlar”ın heyətində Coy Lens Mikels (21,28, 44) het-trik edib. Digər qolu isə Pavol Şafranko (45+2) qonaqların qapısından keçirib. Moldova kollektivinin qolu 42-ci dəqiqəyə təsadüf edib. Ev sahiblərinin heyətində Steve Solvet (42) avtoqol müəllifi olub.
Qeyd edək ki, səfərdə baş tutan ilk oyunda bakılılar 2:0 hesablı qələbəyə qazanmışdı.
Bununla da, “Sabah” növbəti raunda adlayıb.
Seçilən
19
2
yeniavaz.com

2Mənbələr