“Əhməd” xüsusi təyinatlı alayının döyüşçüləri FPV pilotsuz uçuş aparatlarından istifadə etməklə Xarkov istiqamətində düşmən qrupunu məhv ediblər.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov Teleqram kanalında yazıb.
O qeyd edib ki, ukraynalı hərbçilərin meşədə hərəkəti PUA operatorları tərəfindən qeydə alınıb:
"Düşmən yəqin ki, bizim hava kəşfiyyatımızın iş yerində yatdığını düşünürdü, lakin bu ciddi şəkildə səhv hesablanıb".