AZ

Tramp Meksikaya tətbiq edilən tarifləri 90 gün müddətinə uzadıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropanın ən böyük bankı olan HSBC-nin ikinci rübdə vergidən əvvəlki mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalıb.

Banco.azxəbər verir ki, Tramp “Truth Social” hesabında mövzu ilə bağlı paylaşımında Meksika Prezidenti Klaudia Şeinbaum ilə “çox uğurlu” bir telefon danışığı apardığını bildirib.

Meksika ilə razılaşmanın mürəkkəbliyinin, sərhəd problemləri və resurslar səbəbilə digər ölkələrlə olanlardan bir qədər fərqli olduğunu vurğulayan Tramp deyib:
“Son qısa müddət üçün etdiyimiz razılaşmanın eynisini 90 günlük müddət üçün uzatmaq barədə razılığa gəldik. Meksika 25 faiz fentanil rüsumu, 25 faiz avtomobil rüsumu və 50 faiz polad, alüminium və mis rüsumu ödəməyə davam edəcək.”

Tramp əlavə edib ki, Meksika çoxsaylı tarifdənkənar ticarət məhdudiyyətlərini dərhal aradan qaldırmağa da razılaşıb. O qeyd edib ki, qarşıdakı 90 gün ərzində Meksika ilə danışıqlar aparacaqlar və bu müddətdə bir ticarət razılaşması imzalamağı hədəfləyirlər.

ABŞ Prezidenti Tramp narkotik, narkotiklərin yayılması və qeyri-qanuni miqrasiya da daxil olmaqla təhlükəsizliyin bütün aspektlərində sərhəddə əməkdaşlığın davam edəcəyini vurğulayıb.

Tramp bu ay verdiyi açıqlamada avqust ayından etibarən Meksikadan ABŞ-a göndərilən məhsullara, bütün sahələrə aid rüsumlardan əlavə olaraq, 30 faiz həcmində əlavə tarif tətbiq olunacağını bildirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
16
banco.az

1Mənbələr