“Real” klubu mərkəz müdafiəçisi Yakobo Ramonun komandadan ayrıldığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, ispaniyalı futbolçu İtaliyanın “Komo” klubuna tam transfer olunub.
İtaliya təmsilçisi 20 yaşlı müdafiəçi üçün Madrid klubuna 2,5 milyon avro ödəyib. Transfer müqaviləsində isə “Real”ın geri alma hüququ qorunub.
“Real” Hakobo Ramona komandadakı çıxışlarına görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb. Ramon “kral klubu”nun əsas komandasında 6 matça çıxıb və 1 qol vurub.
“Komo”da futbolçu yeni mövsümdən məşqçi Sesk Fabreqasın rəhbərliyi altında çıxış edəcək.