AZ

Ermənistan Prezidenti Azərbaycanla sülh barədə DANIŞDI: Tarix açıqladı

  Ermənistan Prezidenti Vaaqn Xaçatryan ölkələr arasında sülh müqaviləsinin mümkünlüyü ilə bağlı nikbin açıqlama verib.

Referans xəbər verir ki, o, bu barədə Sünik (Zəngəzur) vilayətinə səfəri zamanı sərhəd kəndlərinin sakinləri ilə görüşdə danışıb.

“Azərbaycanla sülh olacaq. Biz hazırda bunun üçün çalışırıq,” – deyə Xaçatryan qeyd edib.

Prezidentin sözlərinə görə, Ermənistan rəhbərliyi uzunmüddətli sülhün əldə olunması və regionda gərginliyin azalması istiqamətində diplomatik addımlar atmağa davam edir. O, sakinlərin narahatlıqlarını başa düşdüyünü bildirib və vurğulayıb ki, bu proses həm Ermənistanın, həm də bölgənin təhlükəsizliyi baxımından vacibdir.

Qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə regionda davamlı sülh yalnız dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında mümkün olacağını bəyan edib. Bakı real və praktik nəticələrə gətirəcək danışıqlarda maraqlıdır, lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi tez-tez bu prosesə əngəl törədir./Globalinfo.az  

Seçilən
6
referans.az

1Mənbələr