AZ

İtaliya klubu "Beşiktaş"la anlaşdı

Türkiyənin gənc ulduzu Semih Kılıçsoy karyerasını İtaliyada davam etdirəcək.

"Unikal" xəbər verir ki, “Beşiktaş”ın istedadlı hücumçusu A Seriyası təmsilçisi “Kalyari” ilə anlaşıb.

Məlumata görə tərəflər futbolçunun icarə əsasında transferi ilə bağlı razılığa gəliblər. Müqaviləyə əsasən, Kılıçsoy ilk mərhələdə “Kalyari”yə icarə əsasında qoşulacaq.

İtaliya klubu mövsüm sonunda onu 14 milyon avro qarşılığında tam transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, 2005-ci il təvəllüdlü Semih Kılıçsoy ötən mövsüm “Beşiktaş”ın heyətində parlaq çıxışı ilə diqqət çəkmişdi. Onun çıxışı Avropanın bir sıra klublarının marağına səbəb olmuşdu.

Seçilən
22
50
unikal.az

10Mənbələr