AZ

Turist vizalarında artım, iş və ailə vizalarında azalma

Almaniyanın Rusiya vətəndaşlarına verdiyi Şengen vizalarının sayı 2025-ci ilin ilk yarısında kəskin artıb.

NOCOMMENT.az xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyinin (XİN) məlumatlarına əsasən, Focus jurnalının təhlil etdiyi rəqəmlərə görə, altı ay ərzində 17,6 min viza verilib.

Əgər hazırkı tendensiya davam edərsə, ilin sonunda bu göstərici 2022-ci ilin “müharibədən əvvəlki səviyyəsinə” – 42,1 min viza – çata və ya onu aşa bilər.

Dinamikada kəskin dalğalanmalar müşahidə olunur: 2021-ci ildə 26 min viza verildikdən sonra 2022-ci ildə pik nöqtəyə çatılıb, 2023-cü ildə isə sayı iki dəfədən çox azalaraq 20,8 minə düşüb, 2024-cü ildə isə 27,3 minə yüksəlib. Artım yalnız turizm vizalarına aiddir, digər kateqoriyalar isə kəskin azalma göstərir. 2022-ci illə müqayisədə ailə birləşməsi üçün verilən vizaların sayı 9 mindən 1,3 minə, iş vizalarının sayı isə 8 mindən 1,1 minə düşüb. Eyni zamanda, tələbə vizalarının və etnik repatriasiya proqramları üzrə icazələrin verilməsi də azalıb.

Alman nəşri bu dəyişikliklərin səbəblərini qeyd etmir, lakin hazırkı viza fəallığının artımının mövcud geosiyasi məhdudiyyətlər fonunda baş verdiyini vurğulayır.

Seçilən
13
nocomment.az

1Mənbələr