AZ

Hadisə müzakirə olunan səhnə şouları ilə bağlı sükutunu pozdu

Hadisə müzakirə olunan səhnə şouları ilə bağlı sükutunu pozduTürkiyəli pop ulduzu Hadisə ötən həftə Harbiye Cemil Topuzlu Açıqhava Səhnəsində ardıcıl verdiyi iki konsertlə gündəmi zəbt etmişdi.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, yüksək enerjisi və diqqətçəkən səhnə performansları ilə adından söz etdirən sənətçi xüsusilə ikinci gecədə geyindiyi qara, şəffaf mini libası və stuk üzərindəki xoreoqrafiyası ilə sosial şəbəkələrdə iki fərqli baxış bucağını ortaya çıxarmışdı. Bəziləri onun şousunu bəyənərkən, digərləri "erotik rəqs" kimi qiymətləndirərək sərt tənqidlərə yol açmışdı.

Sosial mediada geniş müzakirələrə səbəb olan bu performanslarla bağlı Hadisə nəhayət münasibət bildirib. Müğənni son olaraq iştirak etdiyi Justin Timberlake konsertindən əvvəl jurnalistlərin suallarını cavablandırıb. Ona səhnə şoularının son vaxtlar çox müzakirə olunduğu xatırladılıb və "Səhnə performanslarınız çox danışılır, bu barədə nə deyə bilərsiniz?" sualı ünvanlanıb.

Hadisənin cavabı isə qısa, lakin aydın olub:

"Mən sadəcə işimi görürəm, səhnədə özüm oluram. Kim nə deyirsə desin, kim nə danışırsa danışsın".

Bu sözləri ilə tənqidlər qarşısında geri addım atmayacağını göstərən sənətçi, səhnə tərzini müdafiə etməkdə qərarlı olduğunu bildirib. Sosial şəbəkələrdə "Biz sənin səsinə görə gəlirik, erotik rəqsinə görə yox" kimi paylaşımlarla hədəf alınan Hadisə, bu tərzin onun sənətçi kimliyinin bir parçası olduğunu açıq şəkildə ifadə edib.

Seçilən
25
sonxeber.az

1Mənbələr