AZ

İlya Zabarni PSJ-yə keçməyə yaxındır

İngiltərənin “Bornmut” klubunda çıxış edən və Ukrayna millisinin əsas müdafiəçilərindən biri olan İlya Zabarni Fransanın PSJ klubuna transfer olunmağa yaxındır.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) məlumat paylaşıb.

O transferin tamamlandığını və hazırda yalnız bəzi texniki detallarla bağlı razılaşma qaldığını qeyd edib.

 Hazırda Paris təmsilçiləri “Bornmut”la son detallar üzərində işləyirlər.

Ukraynalı mərkəz müdafiəçi 2023-cü ilin yanvarında Kiyev “Dinamo”sundan “Bornmut”a keçmişdi. KİV-in məlumatına əsasən, İngiltərə klubu bu transfer üçün 22,7 milyon avro ödəyib.

Qeyd edək ki, hazırda “PSJ”nin heyətində Rusiya millisinin qapıçısı Matvey Safonov da çıxış edir.

Seçilən
26
90deqiqe.az

1Mənbələr