AZ

​“WhatsApp”da zənglərlə bağlı yenilik -

“WhatsApp” zənglərlə bağlı yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, yenilik buraxılmış zənglərin xatırladılmasını nəzərdə tutur. Bildirilir ki, yeni funksiya “WhatsApp”ın beta versiyasında müşahidə edilib. Məlumata görə, yenilik cavab verilməyən istifadəçilərə geri zəng etməyi yadda saxlayır. Bu funksiya birbaşa söhbət ekranından və ya "Zənglər" pəncərəsindən konfiqurasiya edilə bilər. İstifadəçi xatırlatmalarda buraxılmış zəng üçün 2 saat, 8 saat və ya növbəti gün kimi əvvəlcədən təyin edilmiş vaxt intervallarını seçə və ya tamamilə fərdiləşdirilmiş vaxt və tarix təyin edə bilər.

Bu funksiya əvvəllər istifadəyə verilmiş mesaj xatırlatmalarının davamı hesab edilir.

Seçilən
16
metbuat.az

1Mənbələr