ABŞ Dövlət Katibi Marko Rubio bu həftənin əvvəlində Rusiya rəsmiləri ilə keçirilən danışıqlarda sülh yolunda hər hansı irəliləyişin qeydə alınmadığını bildirib.
Onun sözlərinə görə, danışıqlar birbaşa Prezident Vladimir Putinlə deyil, Kreml rəhbərliyindəki yüksək rütbəli şəxslərlə aparılıb.
“Bu həftənin əvvəlində biz ruslarla, lakin Prezident Putinlə deyil, onun bəzi yüksək səviyyəli adamları ilə danışıqlar apardıq və sülh yolunda anlaşma əldə etmək ümidi ilə danışdıq. Lakin bu istiqamətdə heç bir irəliləyiş görmədik”, – deyə Rubio bəyan edib.
Qeyd edək ki, ABŞ və müttəfiqləri Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması və davamlı sülhün təmin olunması üçün diplomatik səylərini davam etdirir.//Globalinfo.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta