AZ

Salyanda "Çək... Amma bu dəfə fırça ilə" adlı rəsm sərgisi açılacaq

Salyan, 31 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Dövlət Rəsm Qalereyasında "Çək... Amma bu dəfə fırça ilə" adlı fərdi rəsm sərgisi açılacaq.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 2 Avqust - Milli Kino Günü münasibətilə "Art Kino" layihəsi çərçivəsində təşkil olunacaq sərgidə gənc kino rəssamı Rubə Müşfiqlinin iyirmiyə yaxın tablosu nümayiş olunacaq. Sərgidə nümayiş olunacaq rəsm əsərləri spesifik aura daşıyır. "Gün keçdi", "Təhminə", "Ölsəm, bağışla", "Park" və digər filmləri özündə cəmləşdirən tablolar tamaşaçıları Azərbaycan kinosunu təsviri sənətdə retrospektiv baxışa dəvət edəcək.

Kino rəssamı Rubə Müşfiqlinin "Çək... Amma bu dəfə fırça ilə" fərdi sərgisinin açılış mərasimi avqustun 2-də saat 11:00-da baş tutacaq. Sərgi avqust ayının sonunadək ziyarətçilərin üzünə açıq olacaq.

 

Seçilən
79
1
azertag.az

2Mənbələr