AZ

Şəmkirdə pul üstündə mübahisə cinayətlə nəticələndi

Şəmkir rayonunda iki nəfərin mübahisəsi cinayətlə nəticələnib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Kraz yolu yaşayış massivində Şiştəpə kəndinə gedən avtomobil yolunun kənarında baş verib. 

Rayon sakini, 1981-ci il təvəllüdlü Xəqani tanışı İntiqamın (adlar şərtidir – red.) arasında mübahisə yaranıb. Baba təqsirləndirilən şəxsin borcunu kobud şəkildə istəməsinə görə yaranmış mübahisə zamanı bir-birlərinin ünvanlna söyüş söyüblər. Bu zaman təqsirləndirilən şəxs yumruqla zərərçəkmişin sifətinə vuraraq ona xəsarətlər yetirib. 

Hadisəni törədən Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə əvvəllər arasında düşmənçilik və ədavəti olmayıb: İntiqam kiçik ölçülü yük avtomobili idarə edir. Belə mən Şəmkir rayonunda, Kraz yolu yaşayış massivində, Şiştəpə kəndinə gedən yolun kənarında darvaza sexində hazırlanan darvazaları rəngləyirəm. Mən bəhs etdiyim sənətdə iki ildir ki, işləyirəm. İntiqama iki ay əvvəl zəng edərək işlədiyim sexdən taxta parçalarını Şəmkir rayonunda yerləşən Nizami məktəbinin yaxınlığına aparmağı üçün xahiş etdim. Biz İntiqamla 10 manata aparması üçün razılaşdıq. İntiqam taxtaları aparandan sonra mən onun pulunu ödəyə bilmədim. Maddi imkanım aşağı olduğuna görə mən onu 10 manat pulunu verə bilmədim. Arada məndən pulunu istəsə də mən onun 10 manat pulunu verə bilmədim”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, saat 11 radələrində Kraz yolu yaşayış massivindən avtomobil üçün benzin alan zaman İntiqam onu görüb və aqressiv şəkildə ondan pulunu tələb edib: “Mənim ünvanıma  nalayiq ifadələr işlətməyə başladı. Bu zaman mən də ona cavab olaraq onun ünvanına söyüş söydüm, onun yaxasından tutaraq silkələdim. Yumruqla sifətinin sağ tərəfinə zərbə endirdim. Həmin vaxtı o avtomobildə idi. Bizim mübahisəmin təxminən beş dəqiqə davam etdi. Daha sonra biz sakitləşdik və hər ikimiz öz avtomobilimizə minərək oradan uzaqlaşdıq”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmiş şəxs onu bağışlayıb, şikayətini geri götürüb. 

Bu səbəbdən Xəqaninin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
23
1
demokrat.az

2Mənbələr