AZ

Əvvəlcə insanlara hücum etdi, sonra özünü bıçaqladıVİDEO

Xəzər rayonu, Buzovna qəsəbəsində bıçaqlı şəxs gecəyarısı küçədə insanları təhqir edib. Sonra isə yarıçılpaq vəziyyətdə özünə həmin bıçaqla xəsarətlər yetirib.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı videogörüntü yayılıb. Kadrlardan da göründüyü əlində bıçaq olan şəxs ətrafdakılara qorxulu anlar yaşadıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən “Xəzər Xəbər”ə bildirildi ki, sözügedən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 



 

 

Seçilən
22
xezerxeber.az

1Mənbələr