Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Qeyd olunub ki, görüş zamanı iki ölkə arasında əməkdaşlığın inkişafı müzakirə olunub.
Həmçinin regional və beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.
Tərəflər bir çox beynəlxalq məsələlərdə iki ölkənin mövqelərinin ortaq olduğunu vurğulayıblar.