AZ

"Zəngəzur dəhlizi ilə bağlı sülh sazişindən kənarda razılaşma əldə edilib"...


Zəngəzur dəhlizi ətrafında hadisələrin inkişaf axarı getdikcə daha maraqlı mərhələyə daxil olur. Proseslər dəhlzin tezliklə Azərbaycanın istədiyi şərtlərlə açılma ehtimalının sürətlə yüksəldiyini göstərir.

Bunu təsdiqləyən erməni politoloq Qriqor Balasanyan qeyd edir ki, beynəlxalq aktorlar Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəliblər.

Ekspert bildirib ki, dəhlizin açılması Ermənistan-Azərbaycan sülh sazişi çərçivəsindən kənarda razılaşdırılıb: “Son hadisələr yolların açılması məsələsinin əslində Ermənistan-Azərbaycan sülh sazişi ilə heç bir əlaqəsi olmadığını göstərir. İlkin olaraq, yolların açılması məsələsinə tam başqa kontekstdə baxılırdı. Amma Azərbaycan sonradan 10 noyabr üçtərəfli bəyanatından kənarda yeni şərtlər irəli sürməyə başladı. Bu tələblərə 300 min azərbaycanlının geri qaytarılması, Ermənistanın 150 milyard dollar təzminat ödəməsi, həmçinin konstitusiyaya əlavə və dəyişikliklərin həyata keçirilməsi daxildir. Bakı danışıqlar prosesini məharətlə dəyişdi. İndi artıq görünür ki, beynəlxalq oyunçular Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesindən kənarda dəhliz məsələsində razılığa gəliblər”. Balasanyan vurğulayıb ki, Zəngəzur dəhlizinə nəzarət Ermənistanda olmayacaq: “Azərbaycan prezidenti İlham Əliyevin ardıcıl tələbləri nəticəsində bu məsələ danışıqlar prosesinin mərkəzi elementinə çevrilib”. Ekspert əlavə edib ki, İrəvan bundan əvvəl dəfələrlə “qəbuledilməz” olduğunu bəyan etdiyi Bakının bu tələbini də qəbul edib. Bu fonda Ermənistanın prezident Vaaqn Xaçaturyanın dedikləri xüsusi diqqət çəkir. Zəngəzura səfəri fonunda Vaaqn Xaçaturyan bildirib ki, bu yol açılarsa, Ermənistanın inkişaf üçün böyük imkanları olacaq: “Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək. Əgər biz Sünikə qapıları aça bilsək, mən 43 kilometrlik imkanları nəzərdə tuturam, o zaman həqiqətən əmin olun ki, gələcək inkişaf baxımından bu, bizə böyük imkanlar verəcək”. Amma Ermənistanın xüsusi işlər üzrə keçmiş səfiri Edmon Marukyan bu yanaşmanı pisləyir və onu biabırçılıq adlandırır: “Ermənistan Respublikasının cənub qapısı, Sünikin həmin hissəsi Ermənistan Respublikası və İran İslam Respublikasına açıqdır. Ermənistan həmin qapıdan təkcə İran İslam Respublikası ilə deyil, həm də Yaxın Şərq ölkələri, Hindistana qədər və başqa yerlərlə əlaqə saxlayır. Ona görə də belə bir bəyanatla çıxış etmək biabırçılıqdır. O bəyanatdan da görünür ki, sanki biz nəyisə bağlayırıq, bu, bizə nəyisə bağlamağa davam edirik. Bu, Azərbaycan təbliğatının povestidir. Xaçaturyanın sözləri Azərbaycan mətbuatı tərəfindən aktiv şəkildə yayılır və Ermənistan prezidentinin “Zəngəzur dəhlizi”nin açılması üçün lobbiçilik etdiyi vurğulanır. Düzdür, prezident daha əvvəl qısa videoçarxda hökumətin təklif etdiyi “Sülh yollarının kəsişməsi” layihəsinin əhəmiyyətini də vurğulayaraq, beynəlxalq ictimaiyyətin bunu müsbət qarşıladığını iddia etmişdi”. Yuxarıda qeyd edildiyi kimi Vaaqn Xaçaturyan üç gün ərzində Sünikdə işgüzar səfərdə olub. O, dəhlizə dair məlum bəyanatla bir sıra yüksək vəzifəli məmurların və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən məsləhətləşmə zamanı çıxış edib.

Marukyan hesab edir ki, Ermənistan prezidenti Sünikdə Azərbaycanın tələb etdiyi 43 km-lik yoldan danışmaq əvəzinə, açıq-aydın açıqlama verməli idi: "O, Ermənistan Respublikasının Azərbaycana heç bir yol açmaq öhdəliyi olmadığı barədə danışmalı idi. Ermənistan Respublikası blokadadadır və blokadanın bütün Türkiyə tərəfindən həyata keçirildiyi və bunun əvəzində bütün yolların açılması tələbi Azərbaycan və Türkiyə tərəfindən həyata keçirilir. Azərbaycan üçün Naxçıvan və onun hüdudlarından kənara keçid qapısı olması zəruridir”. Edmon Marukyan bu bəyanatın həm də Azərbaycan tezislərinin yayılması kimi təqdim edir: “O, Tavuş rayonuna gedir, bəyan edir ki, nəhayət ki, bizim 13 kilometrlik dövlət sərhədimiz var, sərhədin qalan hissəsinə şübhə ilə yanaşır, ona görə də bu, sərhəd deyil, yəni bu, yenə Azərbaycanın yanaşmasının təbliğidir”. Marukyanın fikrincə, bu bəyanatların siyasi nəticələri olmalı və parlamentdəki müxalifət fraksiyaları prezidentə etimadsızlıq nümayiş etdirmə prosesinə başlamalıdır. Müxalifətin parlamentdəki “Şərəfim var” fraksiyasının katibi Xaçaturyanı tənqid edərək, “Azərbaycan və Türkiyəyə dəhliz verməyin iqtidar üçün ancaq yeni imkanlar açacağını” iddia edib. Məsələyə diqqət edən “Forbes” nəşri isə yazır ki, 2027-ci ilə qədər Zəngəzur dəhlizi layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin imkanlarını genişləndirməklə illik 20-50 milyard dollarlıq ticarət axını yarada bilər. “Forbes”in yazdığına görə, Ermənistan ərazisindən keçən Zəngəzur dəhliz layihəsi ətrafında əhəmiyyətli risklər qalmaqdadır, müşahidəçilər danışıqların dalana dirənmə ehtimalını 60% səviyyəsində qiymətləndirirlər ki, bu da layihənin icrasını potensial olaraq 12-18 ay gecikdirə bilər: “Ermənistan ərazi nəzarətinin icarəyə verilməsi bağlı hər hansı məsələlərin müzakirəsini qəti şəkildə inkar edir. Kanada Təhlükəsizlik Kəşfiyyat Xidmətinin (CSIS) təhlili, hətta BMT-nin zəmanəti ilə də uğur qazanma ehtimalını cəmi 40-50% qiymətləndirir. Çünki suverenliyin guya pozulması səbəbindən layihə Ermənistan tərəfinin vetosu ilə üzləşə bilər. Təşəbbüs sadəcə bir infrastruktur layihəsi deyil, getdikcə çoxqütblü dünyada Amerika diplomatik yaradıcılığının daha geniş sınağıdır. Müvəffəqiyyət Vaşinqtonun real iqtisadi maraqlara xidmət edərkən rəqiblərin təsirinə qarşı mübarizə aparan həllər tapmaq bacarığını nümayiş etdirəcək. Uğursuzluq ABŞ-ın mübahisəli bölgələrə təsir imkanlarının zəiflədiyini göstərə bilər. Avropalı müttəfiqlər üçün bu dəhliz enerjinin həqiqi şaxələndirilməsinə yol açır. Aİ-də enerjiyə qənaət 2030-cu ilə qədər 20-30 milyard dollara çata bilər ki, bu da tullantıların sıfır səviyyəsinə keçidi təmin etməklə yanaşı, avtoritar təchizatçılardan asılılığı azalda bilər. Layihə həm də iqtisadi stimulların tarixi narazılıqların öhdəsindən gələ biləcəyini yoxlayacaq. Ermənistanın Aİ-nin inkişaf fondlarına 2,5 milyard dollar potensial çıxışı kompromis üçün güclü stimullar yaradır, lakin yalnız suverenlik məsələləri düzgün nəzərə alınarsa. 2027-ci ilə qədər layihənin uğurla həyata keçirilməsi Orta Dəhlizin imkanlarını genişləndirməklə illik 20-50 milyard dollarlıq ticarət axını yarada bilər. Dünya Bankı potensial yük tutumunu 11 milyon ton səviyyəsində qiymətləndirir ki, bu da Avrasiya logistikasını əsaslı şəkildə dəyişdirəcək. Lakin bu qazanc Ermənistanın həssas məsələlərini nəzərə almaq və beynəlxalq dəstəyi saxlamaq qabiliyyətindən asılıdır”.

Nahid SALAYEV

Seçilən
8
baki-xeber.com

1Mənbələr