AZ

Putin azərbaycanlı qəhrəmanı ölümündən sonra təltif etdi

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall" konsert zalında baş verən terror aktı zamanı insanları qorumaq üçün canından keçən Vüqar Hüseynovu ölümündən sonra "İgidliyə görə" ordeni ilə təltif edib.

Yenisabah.az xəbər verir ki, bu barədə müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

Fərmanda qeyd olunur ki, Hüseynov vətəndaşlıq borcunu yerinə yetirərkən göstərdiyi şücaət və fədakarlığa görə təltif olunub. Pepperoni pizza

Daha əvvəl verilmiş məlumatda bildirilir ki, o, digər insanları qorumaq üçün özünü sipər edib və terrorçuların atəşi altına düşən bir qadını xilas edib.

Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrordan sonra dörd icraçı - Muhammadsobir Fayzov (terror aktını təşkil edənin kiçik qardaşı), Dalercon Mirzoyev, Saidakrami Raçabalizodə və Şamsiddin Fariduni Ukraynaya qaçmağa cəhd ediblər, lakin Bryansk vilayətinin ərazisində saxlanılaraq Moskvaya aparılıblar. Daha sonra konsert zalına hücum edənlərin əlbirləri də tapılıb./Oxu.az


Telegram kanalımız
Seçilən
50
1
yenisabah.az

2Mənbələr