
Vaşinqtonun Braziliya mallarına 50% rüsum tətbiq etməsindən sonra neft şirkətləri Braziliyadan ABŞ-yə neft tədarükünü dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Braziliya Neft İnstitutunun rəhbəri Roberto Ardenguinin verdiyi məlumata görə, “Petrobras”, “Shell”, “TotalEnergies”, “ExxonMobil” və “Equinor” tədarükünü dayandırıb.
Qeyd edək ki, neft Braziliyanın ABŞ-yə ən böyük ixracatıdır. Birləşmiş Ştatlar 2025-ci ilin aprelində Braziliyadan gətirilən tədarüklərə 10% rüsum tətbiq edəndə bu məhsula şamil etmədilər. Ola bilsin ki, indi də vəziyyət oxşar şəkildə inkişaf etsin.