AZ

Çin Qazaxıstanda üçüncü atom elektrik stansiyası tikə bilər

Astana, 31 iyul, AZƏRTAC

Çin Milli Nüvə Korporasiyası (CNNC) Qazaxıstanda üçüncü atom elektrik stansiyasının tikintisinin podratçısı ola bilər.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Roman Sklyar məlumat verib. Onun sözlərinə görə, şirkət ikinci AES layihəsində də əsas tərəfdaş kimi nəzərdən keçirilir.

“Hazırda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin və “Atom Elektrik Stansiyaları” şirkətinin mütəxəssisləri gələcək enerji blokları üçün yerlərin seçilməsi ilə bağlı hərtərəfli iş aparır”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, “Rosatom” ilk stansiyanı Almatı vilayətinin Jambil rayonunun Ulken kəndində tikməyi planlaşdırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
12
2
azertag.az

6Mənbələr