BAKI, 31 iyul. TELEQRAF
ABŞ Rusiya ilə qarşılıqlı əlaqələri davam etdirir. Bu həftə tərəflər arasında Ukrayna məsələsinin nizamlanması məqsədilə danışıqlar olub.
Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio “Fox Radio”ya müsahibəsində deyib.
"Vladimir Putinlə deyil, onun yüksək vəzifəli şəxslərindən bəziləri ilə sülhə aparan yol haqqında hər hansı bir anlaşmaya gəlmək ümidilə söhbət apardıq. Lakin hələlik bu istiqamətdə heç bir irəliləyiş görmürük", - Rubio fikrini tamamlayıb.