AZ

Kobaxidze Türkiyənin nəqliyyat və infrastruktur naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 6-cı iclası çərçivəsində Tbilisidə səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüşüb.

Qaziler.az "onlayn-qruziya"ya istinadən bildirir ki, Gürcüstan hökumətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıq və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

“İkitərəfli ticarət-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində birgə iqtisadi komissiyanın rolu qeyd edilib.

Söhbət zamanı əlaqələrin möhkəmlənməsinə töhfə verən regional və strateji əhəmiyyət kəsb edən infrastruktur layihələri müzakirə olunub. Görüşdə həmçinin regionda cərəyan edən proseslər və Cənubi Qafqazda sülhün xüsusi əhəmiyyəti müzakirə olunub.

Baş nazir Gürcüstan hökumətinin dialoqu asanlaşdırmağa və bununla da regionda davamlı sülh və sabitliyi təmin etməyə hazır olduğunu bir daha təsdiqləyib”, - Gürcüstan hökumətinin bəyanatında deyilir.

QAZİLER.AZ

Seçilən
10
qaziler.az

1Mənbələr