AZ

Abşeron xəstəxanasında növbə izdihamı yaşanır - Səbəb nədir?AÇIQLAMA/VİDEO

Abşeron Rayon Mərkəzi Xəstəxanasında insan sıxlığı, uzun növbələr yaranır.

Xezerxeber.az-ın məlumatına görə, xəstəxanaya müraciət edən vətəndaşlar sıxılığı yaradan səbəbin aradan qaldırılmasını istəyirlər.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Fərrux Sədirov “Xəzər Xəbər”ə bildirib ki, tibb ocağına gündəlik müraciət sayı orta hesabla 3 000-3 500 nəfər təşkil edir. Hər bir vətəndaşa gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır.

Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcək mərhələdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması istiqamətində müvafiq işlər nəzərdə tutulub. Qeyd olunub ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  



Seçilən
17
xezerxeber.az

1Mənbələr