AZ

Yeriyə bilməyən müğənni 6 ay sonra ilk dəfə səssizliyini pozdu

Müğənni Ayla Şiriyeva (Aila Rai) keçirdiyi ağır avtomobil qəzasından sonra 6 aydır ki, yeriyə bilmir.

 

Bu barədə müğənninin özü sosial media hesabında bildirib.

 

"Bu gün yanvarın 30-dan düz 6 ay keçir... Yarım il. Mənim həyatımın ən faciəli, ən qorxunc günü. 6 aydır yerimirəm, bir gün belə olsa, Allaha üsyan etmədim. Hər günümdə şükür edib Rəbbimə inandım! Bu 6 ay içində elə qorxunc, zülümlü ağrılarla baş-başa gəldim ki, bir gün belə inamsızlıq etmədim ki, ayağa dura bilməyəcəyəm! Allahın izni ilə əvvəlkindən daha güclü, daha sağlam duracağam. Yanvarın 30-u, saat 19:55 – mənim həyatımın ən qorxunc günü oldun. Rəbbim! Sənə inanıram. Mənim yaşamağım necə möcüzədirsə, ayağa qalxmağım da elə bir möcüzə olacaq. Tezliklə", - deyə müğənni qeyd edib.

 

Xatırladaq ki, müğənni Ayla Şiriyeva bu ilin yanvarın 31-də avtomobil qəzasına düşüb. Müğənni Şahdağdan qayıdarkən yolda ağır qəzaya uğrayıb.

 

Ayla Şiriyeva 2018-ci ildə Türkiyənin məşhur “O səs” yarışmasında iştirak edib.

Tarix: 31 İyul 2025, 21:04   
Seçilən
19
1
pravda.az

2Mənbələr