İşəgötürənlər namizədlərin yalnız CV və müsahibə cavabları ilə kifayətlənmirlər. Onlar əlavə psixoloji testlər vasitəsilə namizədin xarakterini, stresə davamlılığını və kollektivə uyğunluğunu qiymətləndirirlər.
Valyuta.az işəgötürənlərin namizədləri qiymətləndirmək üçün istifadə etdiyi 7 psixoloji üsulu təqdim edir.
Qəhvə testi – Müsahibə zamanı təklif edilən içkinin fincanını geri aparmaq kimi sadə davranışla namizədin komanda mədəniyyətinə uyğunluğu qiymətləndirilir.
Gözlətmə taktikası – Müsahibənin planlaşdırılmış vaxtdan gec başlanması ilə namizədin stresə və səbirsizliyə reaksiyası izlənilir.
Sükut strategiyası – Cavabdan sonra yaradılan səssizliklə namizədin təzyiqə qarşı dözümlülüyü və soyuqqanlılığı yoxlanılır.
Aqressiv suallar – Kəskin və narahatedici suallarla namizədin özünü müdafiə bacarığı və emosional sabitliyi test olunur.
Laqeyd davranış – Müsahibə zamanı diqqətsiz və qeyri-peşəkar görünən davranışlarla namizədin səbr və özünəinamı yoxlanılır.
Qələm sınağı – Müsahibə zamanı yerə “təsadüfi” düşən qələmə namizədin reaksiyası onun nəzakətini və diqqətini ortaya qoyur.
Komanda ilə tanışlıq – Müsahibədən sonra əməkdaşlarla qısa tanışlıqdan əldə edilən təəssüratlar qərarverməyə təsir edir.
Sərvanə Rəmixanova