AZ

Süni intellekt əmək bazarına necə ZƏRBƏ VURDU - Vəziyyət daha da pisləşəcək

Texnologiya nəhənglərinin baş direktorlarından tutmuş işdən çıxarılan əməkdaşlara qədər — artıq hər kəs əmək bazarında baş verən inqilabın təsirini hiss edir. Getdikcə daha çox vəzifə süni intellektə (Sİ) həvalə olunur, bəzi peşələr isə tamamilə yoxa çıxır.

Bizim.Media xəbər verir ki, bəzi hesablamalara görə, qarşıdakı beş il ərzində insanların yarısı işsiz qala bilər.
 

Tələbələr narahatdır, şirkətlər isə “AI-first” — yəni “Süni intellektdən öncə” siyasətinə keçir.“Lemonade” şirkətinin baş direktoru Daniel Şrayber bu dəyişiklikləri belə təsvir edir: “Sanki milyonlarla yadplanetli dünyaya enib və könüllü şəkildə pulsuz işləməyə hazırdırlar”.


Süni intellekt sürətlə həyatın müxtəlif sahələrinə inteqrasiya olunur və indi əmək bazarını fəal şəkildə dəyişir. Şirkət rəhbərləri açıq danışırlar: kompüterlər demək olar ki, hər şeyi bacaracaq – hüquqşünasları, proqramçıları, psixoloqları, mühasibləri əvəz edəcək.
 

MÖVZU İLƏ BAĞLI

"Süni intellekti dayandıra bilmirik, qorxuya düşürəm" - OpenAİ-nin CEO-su


Bəziləri bunu təhdid kimi görsə də, digərləri sürətli həyat tərzindən xilas yolu hesab edir. Hər halda əmək bazarında dəyişikliklər sürətlə baş verir.

OpenAI CEO-su Sem Altman xəbərdarlıq edir: “Bütün sahələrdə peşələr yox olacaq və geri qayıtmayacaq”. Bu fikri “Facebook”un yaradıcısı Mark Zukerberq də dəstəkləyib: “Artıq gələn ildən etibarən, yəqin ki, yarıdan çox texnoloji işləri süni intellekt yerinə yetirəcək”.


İlon Mask isə belə proqnoz verir: “Elə biz zamana gələcəyik ki, iş yalnız özünü reallaşdırmaq üçün ediləcək, çünki süni intellekt hər şeyi bacaracaq”.
 

Ancaq bəlkə də ən çox səs-küy doğuran açıqlama “Lemonade” şirkətinin baş direktoru Daniel Şrayberin olub. Onun “Yadplanetlilər yerə enib və pulsuz işləməyə hazırdırlar” adlı mühazirəsindən sonra sosial şəbəkələrdə böyük müzakirələr başlayıb.


Onun proqnozuna görə, yaxın 3–5 il ərzində “Zoom” üzərindən görülə biləcək peşələrin — mühasiblər, hüquqşünaslar, psixoloqlar, proqramçılar — demək olar ki, hamısı süni intellekt tərəfindən və demək olar ki, pulsuz yerinə yetiriləcək.

Onun ən sərt təxminlərindən biri: 5 il ərzində 50% işsizlik vəd edib.
 

Dünya İqtisadi Forumunun hesabatına əsasən, ofislərdə, çap evlərində, müştəri dəstəyi, sığorta, hüquq, dizayn, xidmət və sürücülük sahələrində çox sayda iş yeri qısa zamanda süni intellekt tərəfindən əvəz olunacaq.


Ancaq eyni zamanda yeni peşələr də yaranacaq: süni intellekt üzrə mütəxəssislər, kibertəhlükəsizlik üzrə ekspertlər, mühəndislər və yaşıl enerji sahəsində çalışan mütəxəssislər.

Bizim.Media

Seçilən
20
bizim.media

1Mənbələr