AZ

La-Manş boğazını keçərək Britaniyaya gələn miqrantların sayı 25 mini ötüb

London, 31 iyul, AZƏRTAC

Bu il La-Manş boğazını kiçik qayıqlarla keçərək Böyük Britaniyaya qanunsuz daxil olan miqrantların sayı 25 mini keçib.

AZƏRTAC Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, iyulun 30-da 13 qayıqla 898 nəfər ölkəyə daxil olub. Bununla da ilin əvvəlindən indiyədək qeydə alınan miqrant sayı 25 mini ötüb.

Miqrant axını ilə bağlı son rəqəmlər Böyük Britaniya siyasətində də müzakirələrə səbəb olub. Mühafizəkarlar Partiyasından Kris Filp hazırkı hökuməti sərt şəkildə tənqid edərək bildirib ki, Leyboristlər hökuməti keçidlərin qarşısını almaq üçün heç nə etmir və bu artıq qanunsuz vəziyyətdir. O, Fransa ilə bağlanmış geri qaytarılma razılaşmasının problemi həll etməyəcəyini vurğulayıb.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
28
3
azertag.az

4Mənbələr