AZ

Aeroport yolunda maşın yandı, tıxac yarandı

Sabunçu rayonunda, Aeroport şosesi üzrə köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.

Far.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Polis əməkdaşları sıxlığın aradan qaldırılması üçün tədbirlər həyata keçirir.

***20:12

Bakıda minik maşını yanıb.

Bu barədə hadisə şahidləri Far.Az-in "qaynar xətti"nə bildiriblər.

Hadisə Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yolda qeydə alınıb.

Suraxanı ərazisində baş verən yanğın nəticəsində "AzSamand" markalı minik avtomobili yanıb. Yanğından sonra magistral yolda tıxac yarandığı deyilir. 

Hadisənin görüntülərini təqdim edirik:

Seçilən
35
34
far.az

10Mənbələr