Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani və onu müşayiət edən nümayəndə heyəti ilə rəsmi görüş keçirib.
Far.Az xəbər verir ki, görüş barədə məlumatı Suriyanın rəsmi SANA agentliyi yayıb.
Əsəd əş-Şibani bu səfər çərçivəsində daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovla da ikitərəfli danışıqlar aparmışdı. Bu, onun Moskvaya ilk rəsmi səfəridir.
Görüşlər çərçivəsində nümayəndə heyəti Rusiyanın müdafiə naziri Andrey Belousov ilə də bir araya gəlib. Tərəflər arasında keçirilən bu müzakirələr zamanı müxtəlif hərbi və təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.