AZ

ABŞ Trampın Rusiyaya verdiyi ultimatumu üçün son tarixi açıqladı

Amerika Birləşmiş Ştatları sabiq prezident Donald Trampın Rusiya Federasiyasına ünvanladığı ultimatumun qüvvədə qalacağı son günü rəsmən açıqlayıb. Bu barədə Reuters agentliyi BMT Təhlükəsizlik Şurasının iclasına istinadən məlumat yayıb.

Məlumata görə, iclas zamanı ABŞ-ın yüksək rütbəli diplomatı Con Kelli bildirib ki, həm Rusiya, həm də Ukrayna atəşkəs və davamlı sülh barədə razılığa gəlməlidirlər:

“Rusiya və Ukrayna atəşkəs və uzunmüddətli sülh barədə razılaşmalıdır. Sazişin vaxtı çatıb. Prezident Tramp aydın şəkildə bildirib ki, bu, 8 avqusta qədər baş verməlidir. ABŞ sülhü təmin etmək üçün əlavə tədbirlər görməyə hazırdır.”

//Samir Qurbanov, Editor.az

 

Seçilən
23
editor.az

1Mənbələr