AZ

Avtomobillərin qiyməti artıb



Qazaxıstanda minik avtomobillərinin qiymətində artım müşahidə edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2025-ci ilin iyun ayında Qazaxıstanda avtomobillər keçən ilin eyni dövrü ilə müqayisədə 11,6% bahalaşıb. Bu, Avrasiya İqtisadi İttifaqı ölkələri arasında ən yüksək göstəricidir.

Avrasiya İqtisadi İttifaqının digər ölkələrində qiymətlər əhəmiyyətli dərəcədə qismən artıb. Məsələn, Rusiyada avtomobillər cəmi 1,4%, Qırğızıstanda 0,2% bahalaşıb. Ermənistan və Belarusda avtomobillərin qiyməti 2024-cü ilin iyun ayı ilə müqayisədə azalıb.

2025-ci ilin birinci yarısında Qazaxıstanda avtomobillərin qiyməti 9,3%, Rusiyada isə 2,8% artıb. İttifaqın digər ölkələrində ciddi dəyişikliklər baş verməyib.

Cavid İmaməliyev
Seçilən
12
newscenter.az

1Mənbələr