AZ

DİN və DSX-dan birgə əməliyyat:AXTARIŞDA OLAN ŞƏXS SAXLANILDI

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Məlumata görə, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

 

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

 

Seçilən
17
49
senzor.az

10Mənbələr