AZ

Avropanın ən böyük kazinosu olacaq - Emin təqdim etdi+Video

“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəliyyət göstərəcək kazino barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib.

Ağalarovun sözlərinə görə, bu, Avropanın ən böyük kazinosu olacaq.

O qeyd edib ki, ərazisi 90 min kvadratmetrdən çox olan kazino xarici turistləri Azərbaycana cəlb edəcək, yüksək maaşlı iş yerləri yaradacaq.

Burada 100-dən çox oyun stolu və 1500-dən çox oyun avtomatı olacaq. Kazinoda həmçinin dünyanın müxtəlif ölkələrindən 3-5 min qonağın iştirak edəcəyi beynəlxalq poker turnirləri də keçirilə biləcək. 

Məlumata görə, yalnız bir kazino daxili bazarda ildə 150 milyon dollardan çox pul xərcləyəcək.

“Bu sahədə böyük planlarımız var və mən sizinlə vizuallaşdırmalarımızı, qlobal ideyalarımızı paylaşıram. Bu layihəni reallaşdırmaq üçün bütün təsdiq və icazə mərhələlərini gözləyirik” - Ağalarov qeyd edib.

Seçilən
30
10
qafqazinfo.az

10Mənbələr