Bakının Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib.
Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, hərəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31