AZ

“Gəldiyimiz gündən polislər bizimlədi” – “Araz-Naxçıvan” Salonikidə qorunur

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” oyunu keçiriləcək.

Bilindiyi kimi, Muxtar Respublika təmsilçisi srağagündən matçın keçiriləcəyi Saloniki şəhərindədi. Klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovla əlaqə saxlayaraq şəhərin ab-havası, komandaya münasibət və oyuna marağın hansı səviyyədə olduğu haqda məlumat aldıq. Onun “Football-plus.az”a cavabı:
“Hər şey qaydasındadı. Komanda yaxşı qarşılandı. Oteldə yerləşmişik. Təhlükəsizlik baxımından hansısa problem yoxdu. Gəldiyimiz gündən polislər bizimlədi. Həm oteldə, həm də məşqdə mühafizə olunuruq. Oyuna da aparacaqlar. Şəhərdə komandamıza qarşı hansısa aqressivlik yoxdu, indiyə qədər xoşagəlməz hal yaşanmayıb. Oyundan sonra necə olacağını bilmirik. Matç üçün dünənə qədər 15 min bilet satılmışdı. Satışda 6-7 minə yaxın bilet qalıb. Onun da oyun vaxtına qədər satılacağı bildirilir”.
Xatırladaq ki, qarşılaşma saat 22.15-də başlayacaq.

KƏNAN BAHADIR
Seçilən
22
football-plus.az

1Mənbələr