BAKI, 31 iyul. TELEQRAF
Suriyanın keçid hökumətindəki müdafiə naziri Murhaf əbu Kəsra rusiyalı həmkarı Andrey Belousov ilə bir sıra ümumi hərbi məsələləri müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamaya görə, naziri görüşdə xarici işlər naziri Əsəd Şibani və Baş Kəşfiyyat İdarəsinin rəisi Hüseyn Sələmə müşayiət edib:
“Görüş zamanı Suriya-Rusiya münasibətlərinin maraqlarına xidmət edən bir sıra ümumi hərbi məsələləri müzakirə ediblər”.
Suriya Müdafiə Nazirliyinin rəhbəri bu gün xarici işlər naziri Əsəd Şibaninin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Moskvaya gəlib. Bu, Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrinin Rusiyaya ilk rəsmi səfəridir.