AZ

Rusiya Qafqazdan qovuldu, bu artıq faktdır - ŞƏRH

Saxta imperiya tarix səhnəsindən silinir 

“Rusiya oğurlanmış xalqların və mədəniyyətlərin üzərində qurulmuş sadəcə bir torpaq parçasıdır”


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib. O, hər iki ölkənin alyansla əlaqələrini dərinləşdirməsi durumunda bunun regiondakı vəziyyətə təsirlərini də nəzərə almalı olduğunu bildirib: "Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər". 

XİN rəsmisinin sözlərində açıq təhdid elementləri olmasa da, aydın məsələdir ki, diplomatik müstəvidə bu cür bəyanatlar bir növ “xətti keçməyin” xəbərdarlığıdır. Moskva bu tip bəyanatlarla həm regional aktorların Qərbə meyillərini cilovlamağa, həm də öz nüfuz dairəsini qorumağa çalışır. Təəssüf ki, Rusiya imperialist mövqeyindən geri durmur. Hələ də Cənubi Qafqaz ölkələrinə özünün keçmiş müstəmləkəsi kimi müraciət edir. Bu, Zaxarovanın bəyanatında da aydın şəkildə hiss olunur. O, faktiki olaraq, Azərbaycanın və Ermənistanın NATO ilə əməkdaşlığını təhlükə kimi qələmə verir. Bunun regionda "vəziyyətin pisləşməsinə" səbəb ola biləcəyini iddia edir. Bəyanatda Kremlin qeyri-rəsmi xəbərdarlığı da sezilir: "Əgər bizimlə hesablaşmadan Qərblə yaxınlaşsanız, nəticələrinə də hazır olun". Ümumiyyətlə, Azərbaycan da, Ermənistan da NATO üzvü deyil və yaxın perspektivdə belə bir məsələ real görünmür. Lakin hər iki ölkənin NATO ilə əməkdaşlıq etdiyi proqramlar mövcuddur. Məsələn, “Sülh Naminə Tərəfdaşlıq” proqramı buna ən gözəl nümunədir. Bu əməkdaşlıq hərbi-texniki, təlim və təhlükəsizlik sahələrində təcrübə paylaşımı səviyyəsindədir. Azərbaycanın alyansla əməkdaşlığı müasir ordu quruculuğu və təhlükəsizlik strukturlarının gücləndirilməsi məqsədi daşıyır. Bu əməkdaşlıq heç vaxt Rusiyanın əleyhinə olmayıb. Digər tərəfdən, Azərbaycan KTMT üzvü deyil. Halbuki Ermənistan NATO ilə əməkdaşlıq edən KTMT üzvü bir ölkədir.

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, Rusiya oğurlanmış xalqların və mədəniyyətlərin üzərində qurulmuş sadəcə bir torpaq parçasıdır. Ekspertin fikrincə, bu, bir etnik kimlik, həqiqi milli kimlik deyil, torpağa bağlanmış, ideologiyaya çevrilmiş bir anlayışdır: 

"700 il ərzində bu torpaqda yaşayanların bir xalq, bir millət kimi formalaşması gözlənilirdi. Amma onlar bunun əvəzinə daim torpaq, insan və kimlik oğurladılar. Sovet rejimi dağıldıqdan sonra bir çoxları Rusiyanın yeni başlanğıc edə biləcəyinə inandı. Düşündülər ki, bu dəfə fərqli olacaq. Göründüyü kimi, Rusiyanı kim idarə edir-etsin, nəticə dəyişmir. Çünki bu ölkənin mövcudluğu, yalnız özünü "imperiya" hesab etdiyi əfsanəyə əsaslanır. Onların nə gerçək kimliyi, nə də oturuşmuş mədəniyyəti var. Budəfəki çöküşdən sonra artıq qəti qərar verilməlidir. Ruslar üçün yenidən qurma, yenidən şans vermə dövrü bitməlidir. "Bəlkə bu dəfə insanlıq öyrənərlər" ümidi ilə yatırım etməyin vaxtı keçib. Əsrlərdir dəyişmirlər və indi artıq çox gecdir. Bu saxta ölkə mövcud olduqca dünyada sülh ola bilməz. Rusiya Qafqazdan qovuldu, bu, artıq həqiqətdir. Ukraynanı işğalınız başqa dövlətləri qorxutdu, onlara başqa yol buraxmadınız. Sadəcə, son 3 ildə NATO-ya üzv olan dövlətlərə baxaq. Bunlar, Rusiyaya lazım idimi?!". 



Seçilən
11
sherg.az

1Mənbələr