AZ

Bu il Çindən Qazaxıstana 260 minə yaxın turist gəlib




2025-ci ilin birinci yarısında Qazaxıstana Çindən 260 minə yaxın turist səfər edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, turistlərin sayının artmasına Çinin böyük səyahət platforması Zowoyoo da təsir edib.

Qeyd edək ki, bu ilin iyun ayında “Kazakh Tourism” Çinin ən böyük səyahət platformalarından biri olan “Zowyoo” ilə əməkdaşlıq memorandumu imzalayıb.

Məlumata görə, Qazaxıstan ildə Çindən 1 milyona yaxın turist cəlb etməyi planlaşdırır. Onların Qazaxıstana səfərlərindən 2-3 milyard ABŞ dollarına qədər gəlir əldə etmək nəzərdə tutulur.

Mehman Mehdiyev
Seçilən
6
newscenter.az

1Mənbələr