BAKI, 31 iyul. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Kremldə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Şibanini və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Moskvada rəsmi səfərdə olan suriyalı nazir rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.