Politoloq: "Zəngəzur dəhlizi məsələsində hər şey Azərbaycanın planlaşdırdığı kimi gedəcək"
"Mən hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi elə əvvəlcədən də Azərbaycanın elan etdiyi, planlaşdırdığı kimi gedəcək. Kimin nə deməyindən, necə etməyindən, nə cür çıxış etməyindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq, istifadəyə veriləcək və bu işi məhz Azərbaycanın, onun liderinin qətiyyəti, dəmir iradəsi reallaşdıracaq".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Necə ki, bir zamanlar biz Zəngəzur dəhlizi deyə bir anlayış ümumiyyətlə, heç düşünə bilməzdik, düşünmürdük. Amma bu gün artıq bu məsələ real olub. Bizə torpaqlarımızın azadlığı, oradakı yüz illik erməni separatizmini bitirmək də çox böyük çətinlik və problemli məqam kimi görünürdü, amma gerçək oldu. Zəngəzur dəhlizi məsələsi də gerçək olacaq və hesab edirəm ki, biz tezliklə Zəngəzur dəhlizinin açılmasını, istifadəyə verilməsini və bundan dövlətlərin yararlanmasını, Zəngəzur dəhlizinin bölgə və dünya üçün faydalı işlərini görə biləcəyik".
Əfsanə Kamal
Demokrat.az